“Sabah” Fransa klubu ilə qarşılaşacaq
02.09.2025 - 10:40
UEFA Gənclər Liqasının 2025/26 mövsümünün püşkü atılıb.
Apasport.az xəbər verir ki, son Azərbaycan çempionu “Sabah” liqada mübarizəyə ikinci təsnifat mərhələsindən başlayacaq.
Komanda bu mərhələdə Fransanın “Nant” klubu ilə qarşılaşacaq.
“Sabah” ilk matçını səfərdə keçirəcək. Bu mərhələnin ilk oyunlarının oktyabrın 22-də, cavab görüşlərinin isə noyabrın 5-də keçirilməsi nəzərdə tutulub.
“Nant” - “Sabah” cütünün qalibi üçüncü təsnifat mərhələsində “Austria” (Vyana, Avstriya) - “Makkabi” (Hayfa, İsrail) cütünün qalibi ilə qarşılaşacaq.
- Şəhid jurnalistlərin Xatirə Turnirinə yekun vurulub
- Hidayət Heydərov: "Özümə söz vermişdim ki, qızıl medalı qazanıb Zəfər Gününə həsr edəcəm"
- Rəşad Sadıqov: "Hakim səhvi nəticəyə təsir etmədi"
- Kurban Berdiyev: "Bilmirəm baş hakim qərarını niyə dəyişdi"
- “Zirə” “Turan Tovuz”la heç-heçə etdi - YENİLƏNİB
0
0