“Sabah” “Lill”lə anlaşdı: Fransız futbolçu ilə 4 illik müqavilə
09.01.2026 - 13:35
"Sabah" klubu futbolçu Aaron Maludanın transfer hüququna yiyələnib.
Apasport.az xəbər verir ki, bu barədə Bakı təmsilçisi məlumat yayıb.
20 yaşlı vingerin icarəsi ilə bağlı Fransanın "Lill" klubu ilə bağlanmış müqavilədə nəzərdə tutulan transfer bəndi qüvvəyə minib.
Maluda ilə yeni, 4 illik sözləşmə bağlanıb.
Fransalı oyunçu ötən ilin sentyabrından "Sabah"ın uğurları üçün çalışır. O, komandanın heyətində 12 oyun keçirib, 2 qola imza atıb.
- Kurban Berdıyev: “Son 10 dəqiqəni çıxmaq şərtilə…”
- Dambrauskas: “Məğlubiyyətin məsuliyyətini mən daşıyıram”
- “Sabah” Tovuzdan əliboş qayıdır - YENİLƏNİB
- Bakıda keçirilən FIFA U-15 dünya çempionatının mükafatlandırma mərasimi keçirilib
- İlham Əliyev Bakıda keçirilən FIFA U-15 mundialının finalını izləyib - YENİLƏNİB
0
0