Türkiyənin Antalya şəhərində təşkil olunan “Junior World Cup” beynəlxalq futbol turnirinə start verilib.
Apasport.az xəbər verir ki, turnirdə iştirak edən “Sabah” Futbol Klubunun U-13 və U-15 komandaları artıq ilk görüşlərini keçiriblər.
Nasir Nəsirlinin rəhbərlik etdiyi U-13 kollektivi debüt matçında İngiltərənin “Mançester Siti” komandası ilə üz-üzə gəlib. Məhsuldar keçən görüş "Sabah"ın 3:5 hesablı məğlubiyyəti ilə başa çatıb. Bakı təmsilçisinin qollarını Elton Məmmədov, Yusif Ağayev və Yusif Fətullayev vurub.
Digər yaş qrupu üzrə – U-15 komandası isə Şahin Zeynalovun rəhbərliyi altında İspaniyanın “Rayo Valyekano” klubu ilə qarşılaşıb. Gərgin keçən görüşdə qalib müəyyənləşməyib – 1:1. Azərbaycan təmsilçisinin yeganə qolunu Ayxan İbadov vurub.
- Azər Bağırov: “Bu şəhər futbolla yaşayır”
- “Turan Tovuz”dan hakim qərarlarına etiraz - “Təmiz futbol, ədalətli qərarlar tələb edirik!” - VİDEO
- Kurban Berdıyev: “Hər kəs gördü ki, qoldur, bircə hakim görmədi”
- “Şamaxı” Tovuz səfərindən 1 xalla qayıdır - YENİLƏNİB
- Tahir Gözel: “Bu yolu birlikdə davam etdirməliyik”