"Sabah" özbəkistanlı futbolçunun transfer hüququna yiyələnib
06.01.2026 - 12:36
"Sabah" klubu futbolçu Umarali Raxmonaliyevin transfer hüququna yiyələnib.
Apasport.az xəbər verir ki, "bayquşlar"ın Özbəkistan yığmasının üzvünün icarəsi ilə bağlı Rusiyanın "Rubin" klubu ilə bağladığı müqavilədə nəzərdə tutulan transfer bəndi qüvvəyə minib.
22 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Umarali Raxmonaliyev 2025-ci ilin yanvarından "Sabah"ın üzvüdür. O, komandanın heyətində ümumilikdə 36 oyun keçirib və 3 qola imza atıb.
- Kurban Berdıyev: “Son 10 dəqiqəni çıxmaq şərtilə…”
- Dambrauskas: “Məğlubiyyətin məsuliyyətini mən daşıyıram”
- “Sabah” Tovuzdan əliboş qayıdır - YENİLƏNİB
- Bakıda keçirilən FIFA U-15 dünya çempionatının mükafatlandırma mərasimi keçirilib
- İlham Əliyev Bakıda keçirilən FIFA U-15 mundialının finalını izləyib - YENİLƏNİB
0
0