"Sabah" Premyer Liqada 300-cü qolunu vurub.
Apasport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yubiley qoluna İqor Noqeyra imza atıb.
O, Misli Premyer Liqasının XI turunun "Kəpəz"lə səfər görüşündə (3:1) komandasının sonuncu topunun müəllifi olub. "Sabah" yüksək dəstədəki 222-ci matçında 300-ə çatıb. Paytaxt təmsilçisi ölkə çempionatları tarixində buna nail olan 15-ci komandadır. Bakı klubu evdə 158, səfərdə 142 dəfə fərqlənib.
Qeyd edək ki, "Sabah" ilk qolunu 2018-ci il avqustun 12-də "Keşlə" ilə səfər matçında imza atıb – 1:0. Həmin qolun müəllifi Marko Deviç olub.
- İlham Əliyev Bakıda keçirilən FIFA U-15 mundialının finalını izləyib - YENİLƏNİB
- Bakıda FIFA U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib - YENİLƏNİB - FOTO
- Dörd iddiaçı, bir çempion – Qızıl medallara kim daha yaxındır?
- Ölkə kubokunda qol “yağışı”: 18 oyunda 107 qol
- “Kəpəz” “Turan Tovuz”un rekordunu yeniləyib