"Sabah" Rusiya klubuna 400 min avro ödəyib
07.01.2026 - 15:15
"Sabah" icarə əsasında heyətinə qatdığı Umarali Rahmonaliyevin transfer hüquqlarına yiyələnib.
Apasport.az xəbər verir ki, Masazır təmsilçisinin bunun üçün "Rubin"ə nə qədər təzminat ödədiyi məlum olub.
"Bayquşlar" özbəkistanlı yarımmüdafiəçi üçün Rusiya klubuna 400 min avro (897 min manat) ödəyib. Bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Azərbaycan klubu 22 yaşlı oyunçu ilə 3 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Umarali Rahmonaliyev mövsümün ilk yarısında "Sabah"ın heyətində keçirdiyi 17 oyunda 1 qol vurub, 1 qol ötürməsi edib.
- Kurban Berdıyev: “Son 10 dəqiqəni çıxmaq şərtilə…”
- Dambrauskas: “Məğlubiyyətin məsuliyyətini mən daşıyıram”
- “Sabah” Tovuzdan əliboş qayıdır - YENİLƏNİB
- Bakıda keçirilən FIFA U-15 dünya çempionatının mükafatlandırma mərasimi keçirilib
- İlham Əliyev Bakıda keçirilən FIFA U-15 mundialının finalını izləyib - YENİLƏNİB
0
0