“Sabah” klubunun U-13 və U-15 komandaları Türkiyənin Antalya şəhərində keçiriləcək “Junior World Cup” beynəlxalq futbol turnirində iştirak edəcəklər.
Apasport.az xəbər verir ki, komandalar bu gün turnirin keçiriləcəyi şəhərə yola düşüb.
"Sabah"ın U-13 komandası “Mançester Siti” (İngiltərə), “Konyaspor” və “Hatay Altın Gençlik” (hər ikisi Türkiyə) ilə eyni qrupda mübarizə aparacaq. U-15 isə İspaniyanın “Rayo Valyekano”, Türkiyənin “Konyaaltı” və “Manisa” komandaları ilə bir qrupda yer alıb.
U-13 ilk oyununu “Mançester Siti”yə, U-15 isə “Rayo Valyekano”ya qarşı keçirəcək.
Matçlar sabah səhər saatlarında baş tutacaq.
- Azərbaycan klublarına UEFA-dan ayrılan maliyyə vəsaiti açıqlanıb
- AFFA-nın illik gəliri açıqlandı: ən böyük pay kimə məxsusdur?
- AFFA açıqladı: BU STADİONLAR TƏMİRƏ BAĞLANACAQ
- Cahangir Fərəcullayev: “Bizim üçün ən vacib prioritet milli komandadır”
- Rövşən Nəcəf: “Bunu yenilənmə mərhələsi kimi qiymətləndiririk”