Misli Premyer Liqasının lideri "Sabah" heyət islahatlarını davam etdirir.
Apasport.az saytının əldə etdiyi məlumata görə, klub rəhbərliyi yayda müqaviləsi bitəcək Stas Pokatilovla bağlı qərarını verib.
Komandanın baş məşqçisi Valdas Dambrauskas qolkiperin çıxışından məmnundur. Qapıçı hazırda mütəxəssisin vazkeçilməz futbolçusudur.
Artıq tərəflər arasında ilkin razılaşma əldə olunub. Pokatilov növbəti mövsüm də "Sabah"ın şərəfini qoruyacaq.
Qeyd edək ki, Pokatilov cari mövsüm Premyer Liqanın bütün matçlarını əvəzolunmadan keçirib. Onun şərəfini qoruduğu "Sabah" isə ən az qol buraxan komandadır - 11.
İSRAYIL XEYRULLAYEV
- İlham Əliyev Bakıda keçirilən FIFA U-15 mundialının finalını izləyib - YENİLƏNİB
- Bakıda FIFA U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib - YENİLƏNİB - FOTO
- Dörd iddiaçı, bir çempion – Qızıl medallara kim daha yaxındır?
- Ölkə kubokunda qol “yağışı”: 18 oyunda 107 qol
- “Kəpəz” “Turan Tovuz”un rekordunu yeniləyib