“Sabah”ın hücumçusu 600 min avrodan imtina etdi - ÖZƏL
27.05.2026 - 19:35
“Sabah” Coy-Lens Mikelslə müqavilə müddətini artırıb.
“Apasport”un əldə etdiyi məlumata görə, tərəflərin sözləşmə barədə gec razılığa gəlməsinin səbəbi bəlli olub.
Belə ki, hücumçu Türkiyədən çox sərfəli təklif alıb.
Onu “Bursaspor” rənglərinə bağlamaq istəyib. Hətta “ağ-yaşıllar” forvarda illik 600 min avro məvacib təklif edib.
Lakin Mikels bundan xeyli aşağı məbləğə “Sabah”da qalmağa razılıq verib.
Qeyd edək ki, yeni müqavilənin müddəti iki ildir.
- Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə keçirilən minifutbol turniri başa çatıb
- “Kəpəz”də transfer ehtiyacı – Azər Məmmədov mövqeləri gücləndirmək istəyir
- “Karvan-Yevlax” məşqçilər korpusunu formalaşdırıb
- "Karvan-Yevlax"ın qapıçısı "Şirvan"da
- "Şamaxı"dan növbəti transfer - RƏSMİ
5
0