“Sabah”ın rəqibi heyətini yeni futbolçu ilə gücləndirib
30.06.2025 - 18:14
“Sabah”ın rəqibi heyətini yeni futbolçu ilə gücləndirib

“Sabah”ın Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi “Selye” heyətini yeni oyunçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, Sloveniya təmsilçisi Jan-Lyuk Lebanı transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Everton" yetirməsi olan 22 yaşlı qolkiperlə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, “Sabah” “Selye” ilə ilk oyunu iyulun 10-da Bakıda keçirəcək. Cavab görüşü isə bir həftə sonra Sloveniyada olacaq.