"Şamaxı" tanzaniyalı futbolçu transfer edib
16.01.2025 - 11:07
"Şamaxı" tanzaniyalı futbolçu transfer edib

"Şamaxı" klubu heyətinə yeni futbolçu cəlb edib.

Apasport.az xəbər verir ki, tanzaniyalı yarımmüdafiəçi Alfons Msanqa Mabula ilə "6 ay + 1 illik" müqavilə imzalanıb.

Qeyd edək ki, 21 yaşlı futbolçu Serbiyanın “Spartak” (Subotitsa) klubuna məxsus olub.

O, son olaraq icarə əsasında həmin ölkənin “Novi Sad” klubunda çıxış edib.

0