Samir Abasov: “ Ümid edirəm ki, danışdığımız oyunçuları gətirərik”
26.01.2025 - 18:31
Samir Abasov: “ Ümid edirəm ki, danışdığımız oyunçuları gətirərik”

Misli Premyer Liqasının XX turunun “Araz-Naxçıvan” – “Neftçi” matçından (2:1) sonra qonaqların baş məşqçisi Samir Abasovun mətbuat konfransı keçirilib.

- Birinci hissədə nə baş verdi ki, 4 əvəzetmə birdən etdiz?
- Tamamilə narazı qaldım. Birinci hissədə heyəti quranda fikirlərimiz o idi ki, hücum etməkdə sıxıntı var. Hücum yaratmaqda problemlərimiz var. Kreativ nələrsə etmək bacarısızlıq deyim, nə deyim bilmirəm. Bu problemlər üzə çıxdı. Onsuz da var idi. Fikirləşdik ki, Murad kreativdir, Ramil Şeydayev də sol cinahda oynasın. Əfsuslar olsun ki, sönük oyun getdi. Nə biz istədiyimizi etdik, nə verilən tapşırıqları yerinə yetirirdilər. Birinci hissədə qapıya zərbəsiz çıxdıq. Bu da narazı qaldığımız məqamlıardır. İkinci hissədə bunları dəyişməyə çalışdıq. Daha çox hücum etmək tapşırığı verdik. Alındı. Epizodlar da oldu. Amma qollar olmadı. Robert Bauer durduğu yerdə topu kornerə çıxardı. Bu cür təcrübəli oyunçular belə şeylər edir. Standart vəziyyətdən qol buraxdıq. Nələrisədəyişə bilmirdik. Ümidimiz ikinci hissədəki dəyişikliyə qalmışdı. İmkan olsa idi, 5-ci dəyişikliyi də edərdik. Problemlərimiz, çətinliklərimiz var. Nədən irəli gəldiyini bilirəm. Amma çözməkdə çətinlik çəkirik. Vaxtımız var. Pəncərənin bağlanmağına vaxtımız var. Ümid edirəm ki, danışdığımız oyunçuları gətirərik, bəlkə nələrisə dəyişərik. Kubok oyunumuz var. Çox önəmlidir. Ona hazırlaşacağıq. Tam gücümüzü kuboka verərək, orada nələrsə etməyə çalışacağıq. Rəqibi təbrik edirəm.

- Yeddi yerli futbolçu ilə oyuna çıxdız. Legionerlərə üsyan edirdiz? Onları yayda vaqonla geri qaytaracaqsız?
- Vaqonla, "samalyot"la geri qaytarılacaq, yayda baxacağıq. Üsyan deyildi. Sadəcə bu gün bu idi durum. Əlimizdəki olan heyəti məşqlərə görə qururuq. Görmək istədiyim oyun stili var. Əlimizdə olan oyunçularla oynamalıyıq. Üsyan deyil. Gələn dəfə 11 yerli olacaqsa, bunu normal qarşılamağınızı istəyərdim. Sadəcə fikir idi, etdik.

- Üç mərkəz yarımmüdafiəçisinin heç biri pleymeker deyil. 10 nömrə yoxdu?
- 10 nömrə funksiyasında Filip Ozobiç var. Bu gün sırf 10 nömrə yox, sırf hücumda olan 3 oyunçu fikri ilə oynadıq. Sırf bütün gücü öndə edən, 3 dayaq yarımmüdafiəçisinə Emin Mahmudov da qoşulmalı idi. Başqa cür hücum qura bilmirik. murad Məmmədov oyundan qopdu, ramil Şeydayev də arxaya oynamağa başladı. Məşqlərdə etdiyimizin əksini gördük. Ona görə 4 dəyişiklik etdik. Ozobiç də xeyirli futbolçudur, yoxdan qol yaratdı. Onun da gücü yetən qədər dəqiqələr var. Reallıqlar var. Mən gələndə zədələr var idi, xronikidi ya, yox bilmirəm.

- Sanki “Neftçi” futbolçularında olmalı olan istək, aqressiya Ürfan Abbasovda idi. İstəyərdiz ki, onda olan istək sizin futbolçularda olsun?
- Bundan xoş heç nə ola bilməz. Biz də istəyərdik ki, futbolçularımız istəkli olsunlar. Amma sözün açığı,  bu istək "Neftçi" ilə oyunda bütün rəqiblərdə, rəqib futbolçuların hamısında var. Keçən oyunda fikirləşdim ki, "Sabah" bizimlə matçda istəkli idi, pis oynamadı. Düşündüm ki, "Sumqayıt"a qarşı da belə olacaq, qalib gələcək. Amma birinci hissə başlayanda görürsən ki, sənə qarşı oynayan rəqib dyeil sanki. Bu dəfələrlə olub. Keçən dəfə "Kəpəz"in özü...Biz onları 2:1 udduq, amma epizodlar qaçırdılar.. Yenə "Sumqayıt" deyəcəm. Amma deməliyəm, onlarla görüşdə 0:0 oynadılar. Ürfanın istəyi, digər komandaların futbolçularında da var. Bu da "Neftçi"dən irəli gələn məsələdir. İstəyərdim komandamda bu cür şeylər olsun. İşimiz də elə odur ki, bu cür komanda yaradaq.

0