Yoxlama oyunları çərçivəsində keçirilən “Qəbələ” – “Sumqayıt” matçından (1:0) sonra qonaqların baş məşqçisi Saşa İliç klubun mətbuat xidmətinə açıqlama verib.
Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssis görüş barədə fikirlərini açıqlayıb:
"Hazırlığın ikinci mərhələsi çərçivəsində ilk yoxlama matçımız idi. Oyunumuzda bəzi uğurlu və uğursuz elementlər gördük. Aydın məsələdir ki, fiziki yükləmələr fonunda bəzi səhvlər olur. Bu oyunda da adi vəziyyətlərdə səhvlər etdik və yekunda məğlub olduq. Amma bu, normaldır və düşünürəm ki, günbəgün daha yaxşı olacağıq. Qarşıdakı günlərdə bir neçə keyfiyyətli oyunçunun bizə qoşulması ilə daha güclü komandamız olacaq".
- "Neftçi" derbi hazırlığını yekunlaşdırıb - FOTO
- Şəhid jurnalistlərin Xatirə Turnirinə yekun vurulub
- Hidayət Heydərov: "Özümə söz vermişdim ki, qızıl medalı qazanıb Zəfər Gününə həsr edəcəm"
- Rəşad Sadıqov: "Hakim səhvi nəticəyə təsir etmədi"
- Kurban Berdiyev: "Bilmirəm baş hakim qərarını niyə dəyişdi"