"Turan Tovuz" Misli Premyer Liqasının VII turunda səfərdə "Sumqayıt"ı 3:0 hesabı ilə məğlub edib.
Apasport.az xəbər verir ki, ev sahiblərinin baş məşqçisi Saşa İliç matçdan sonra keçirilən mətbuat konfransında oyun haqqında fikirlərini bölüşüb:
"Çox çətin oyun oldu. Amma bu hesabla uduzmağımızı gözləmirdik. Çox pis oynadığımızı düşünmürəm, ona görə də bu nəticə mənim üçün də gözlənilməz oldu. Çətin rəqib idi. Taktiki səhvlərdən məğlub olduğumuzu düşünmürəm. Fərdi səhvlər nəticəsində qapımızda qollar gördük və nəticəsində məğlub olduq. Əlimizdə olan oyunçular budur. Biz çalışırıq ki, minimum səhvlər edək. "Turan Tovuz"la matç çətin olduğu üçün müəyyən səhvlər qaçınılmaz oldu. Mən futbolçularımdan razıyam.Öz üzərimizdə işləyib daha da uğurlu olmağa çalışacağıq. "İmişli" ilə matçda da məğlub olsaq da, yaxşı oynadığımızı düşünürəm. Yenə bildirirəm ki, oyunçularımdan razıyam və əlimizdəki futbolçulardan maksimum yararlanmağa çalışıb səhvləri də azaldacağımıza inanıram".
- Premyer Liqa klublarının 2024-cü ildəki gəlirləri açıqlanıb
- Premyer Liqa klublarının uşaq-gənclər sektoruna ayırdığı vəsait artıb
- “Turan Tovuz” Premyer Liqada ev oyunlarında azarkeş sayına görə liderdir
- 2025/2026 mövsümündə lisenziya almış futbol klublarının sayı müəyyənləşib
- I Liqada XI tura start veriləcək