“Səbail”də yeni legioner
08.09.2025 - 22:54
“Səbail”də yeni legioner

“Səbail” 2025/2026-cı il mövsümü üçün növbəti transferini reallaşdırıb.

Apasport.az xəbər verir ki, ötən mövsümü İsrailin “Hapoel Umm Al-Fahm” klubunda keçirmiş 20 yaşlı qanalı cinah yarımmüdafiəçisi Yakubu Mustafa ilə 1+1 illik müqavilə imzalanıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.