La Liqa təmsilçilərindən "Sevilya" "Qarabağ"ın futbolçusu Olavia Juninyonun transferini tamamlamaqda çətinlik çəkir.
Apasport.az xəbər verir ki, Braziliya klublarından "Flaminqo" ispanların planlarını pozub.
İddialara görə, Juninyo vətəninə qayıda bilər. "Flaminqo" braziliyalıya "Sevilya"dan qazanacağı məbləğin 3 qatını təklif edib.
Yaxın günlərdə İspaniyaya yollanan 28 yaşlı futbolçu burada tibbi yoxlamadan keçsə də, hələ ki, klubla müqavilə imzalamayıb.
Uzun müddətdir, "Qarabağ"la transfer danışıqları aparan "Sevilya" hələ də yekun nəticənin olmamasından narazıdır.
İspaniya klubu bu səbəblə hücum mövqeyi üçün yeni alternativ tapıb.
Komanda "Anderlext"in futbolçusu Luis Vaskeslə maraqlanır.
Qeyd edək ki, 23 yaşlı argentinalı ötən ilin yayında 4,5 milyon avro qarşılığında "Boka Xuniors"dan "Anderlext"ə transfer olunub.
- Şəhid jurnalistlərin Xatirə Turnirinə yekun vurulub
- Hidayət Heydərov: "Özümə söz vermişdim ki, qızıl medalı qazanıb Zəfər Gününə həsr edəcəm"
- Rəşad Sadıqov: "Hakim səhvi nəticəyə təsir etmədi"
- Kurban Berdiyev: "Bilmirəm baş hakim qərarını niyə dəyişdi"
- “Zirə” “Turan Tovuz”la heç-heçə etdi - YENİLƏNİB