Sumqayıtda Konfrans Liqası həyəcanı
03.10.2024 - 15:41
Sumqayıtda Konfrans Liqası həyəcanı

Bu gün Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda UEFA Konfrans Liqasının Liqa mərhələsinin oyunu keçiriləcək.

Apasport.az xəbər verir ki, Belarusun "Dinamo" (Minsk) və Şotlandiyanın "Harts" kollektivləri Sumqayıtda üz-üzə gələcək. 

Matç saat 20:45-də start götürəcək. 

Buna səbəb UEFA-nın Belarusa tətbiq etdiyi sanksiyadır. Həmin qərara əsasən, Minsk təmsilçisi Liqa mərhələsindəki ev oyunlarını öz ölkəsində keçirə bilməz.

Qeyd edək ki, qarşılaşma azarkeşsiz keçiriləcək.

0