“Yuventus”da növbəti ciddi itki
03.10.2024 - 18:20
“Yuventus”da növbəti ciddi itki

"Yuventus"da daha bir ciddi itki baş verib.

Apasport.az xəbər verir ki, komandanın müdafiəçisi Bremer zədələnib.

O, Çempionlar Liqasının Liqa mərhələsinin II turunun “Leypsiq”lə matçında sıradan çıxıb. Müayinə zamanı braziliyalıya menisk və xaçvari bağların qırılması diaqnozu qoyulub. 

Bununla da o, mövsümü erkən bitirib. Futbolçunun yaxın günlərdə əməliyyat olması gözlənilir.

Qeyd edək ki, bunadək "Yuventus"un hücumçusu Arkadiuş Milikin də mövsümü başa vurduğu bəlli olmuşdu.

0