Millinin üzvü faciəvi şəkildə həlak olub
19.04.2025 - 10:53
Millinin üzvü faciəvi şəkildə həlak olub

Xorvatiya millisinin keçmiş yarımmüdafiəçisi Nikola Pokrivaç dünyasını dəyişib.

Apasport.az xəbər verir ki, 39 yaşlı sabiq futbolçu avtomobil qəzası nəticəsində həlak olub. Bu barədə Xorvatiya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Futbolçu kimi karyerasını “Voyniç” klubunda başa vuran Pokrivaç daha öncə “Monako” (Fransa), “Zalsburq” (Avstriya), “Dinamo Zaqreb” və “Riyeka” (Xorvatiya) kimi klubların formasını geyinib. O, Xorvatiya millisinin heyətində 15 oyunda meydana çıxmışdı.