"Sumqayıt"ın qış hazırlıq planı bəlli olub.
Apasport.az xəbər verir ki, Saşa İliçin yetirmələri Misli Premyer Liqasında dekabrın 22-də baş tutacaq "Sabah"la oyundan sonra istirahətə buraxılacaq.
Kollektiv 2026-cı il, yanvarın 3-də Türkiyənin Antalya şəhərinə yollanacaq.
Həmin tarixdən ayın 17-dək Lara bölgəsində yerləşən "Limak" otelində məskunlaşacaq "gənclik şəhəri" təmsilçisi bu müddət ərzində 3 yoxlama oyununda qüvvəsini sınayacaq.
Komanda 9, 12 və 16 yanvar tarixlərində müvafiq olaraq Macarıstanın "Paksi", Serbiyanın "OFK Belqrad" və Xorvatiyanın "Osiyek" klubu ilə yoxlama oyunları keçirəcək.
- Kurban Berdıyev: “Son 10 dəqiqəni çıxmaq şərtilə…”
- Dambrauskas: “Məğlubiyyətin məsuliyyətini mən daşıyıram”
- “Sabah” Tovuzdan əliboş qayıdır - YENİLƏNİB
- Bakıda keçirilən FIFA U-15 dünya çempionatının mükafatlandırma mərasimi keçirilib
- İlham Əliyev Bakıda keçirilən FIFA U-15 mundialının finalını izləyib - YENİLƏNİB