“Trabzonspor”da itki: Rayyan Baniya əməliyyat olunacaq
03.12.2025 - 19:48
“Trabzonspor” müdafiəçisi Rayyan Baniyanın səhhəti ilə bağlı rəsmi məlumat yayıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun həkimi Ahmet Beşir açıqlama verib.
Baniya bir müddətdir sol baldır sümüyündə artan ağrılardan şikayət edirdi.
Aparılan MRT və CT müayinələrindən sonra müdafiəçinin əməliyyat olunmasına qərar verilib.
Bildirilib ki, əməliyyatdan sonra futbolçunun reabilitasiya prosesi həkim heyəti ilə birlikdə davam etdiriləcək.
- "Sabah"dan cavab: Bu penaltidirsə, bunlar nədir? - VİDEO
- "Qarabağ"a siqnal, futbolumuza qazanc: "Sabah" yeni nəfəs gətirdi
- Dambrauskas təəccüblənib: "Başqa ölkədə hakimlərdən bu qədər danışmırlar"
- "Qarabağ" ulduz futbolçusu ilə vidalaşır? - Qurbanov özü açıqladı
- Qurban Qurbanov hakimlər haqda: "Sanki başlarını itiriblər"
0
0