“Turan Tovuz” “Zirə”ni məğlub etdi - YENİLƏNİB
06.10.2024 - 19:42
“Turan Tovuz” “Zirə”ni məğlub etdi  - YENİLƏNİB

Bu gün Misli Premyer Liqasında IX tura yekun vurulub.

Apasport.az xəbər verir ki, ilk dövrənin son oyun günündə iki matç baş tutacaq.

“Zirə” səfərdə “Turan Tovuz”la üz-üzə gəlib. Gərgin keçən matçda sahibləri minimalhesablı qələbəyə sevinib - 1:0.

Qeyd edək ki, X turun görüşləri milli komandaların oyunları ilə əlaqədar fasilədən sonra – oktyabrın 18-20-də keçiriləcək.

Misli Premyer Liqası
IX tur
6 oktyabr (bazar)
17:45. “Turan Tovuz” – “Zirə” 1:0
Qol: Faiq Hacıyev, 89
“Turan Tovuz”: 
1. İvan Konovalov, 4. Şəhriyar Əliyev (k), 7. İsmayıl Zülfüqarlı, 77. Veysəl Rzayev, 99. Sadiq Şəfiyev, 9. Kristian da Silva, 5. Roderik Miller, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 25. Denis Marandiçi, 11. Ayxan Quseynov. 
Ehtiyat oyunçular: 41. Sergey Samok, 71. Mehman Hacıyev, 39. Sadiq Quliyev, 33. Eltun Turabov, 10. Xəyal Nəcəfov, 8. Tural Bayramlı, 88. Faiq Hacıyev, 13. Fərid Yusifli, 44. Rüfət Əhmədov, 70. Məzahir Məmmədzadə, 80. Otto Con, 21. Aleks Souza. 
Baş məşqçi: Kurban Berdiyev. 
“Zirə”: 13. Aydın Bayramov, 7. Məqsəd İsayev, 32. Qismət Alıyev (k), 8. İsmayıl İbrahimli, 11. Rüstəm Əhmədzadə, 29. Ceyhun Nuriyev, 4. Ruan Renato, 90. Davit Volkov, 23. Rafael Utziq, 3. Ange Mutsinzi, 15. Pyer Zebli. 
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 21. Hacıağa Hacılı, 16. Fuad Bayramov, 14. Elçin Əlicanov, 22. İldar Alekperov, 5. Stefan Aka, 10. Giorgi Papunaşvili, 28. Abbas İbrahim, 18. Martins Junior, 17. Ayron Qomis, 6. Eldar Quliyev, 19. Salifu Suma. 
Baş məşqçi: Rəşad Sadıqov. 
Baş hakim: Rəvan Həmzəzadə
Tovuz şəhər stadionu

 

0