Rahil oynadı, komandası məğlub oldu
06.10.2024 - 09:35
Rahil oynadı, komandası məğlub oldu

Milli komandamızın üzvü Rahil Məmmədovun formasını geyindiyi "Radomyak" Polşa çempionatında növbəti matçına çıxıb.

Apasport.az xəbər verir ki, Məmmədovun komandası 11-ci turda "Rakuv"u qəbul edib.

Məmmədovun da oynadığı matçda "Radomyak" doğma meydanda məğlub olub: 0:2.

Start heyətdə meydana çıxan Rahil sonadək oyunda qalıb. 

Qeyd edək ki, "Radomyak" hazırda 9 xalla 18 komanda arasında turnir cədvəlində 15-ci pillədə qərarlaşıb.

0