
Misli Premyer Liqasının XXV turunun "Sumqayıt" - "Qarabağ" matçından (0:2) sonra qonaqların baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.
"Futbolçularımı təbrik edirəm. Çox vacib qələbə idi. "Sumqayıt"a uğurlar arzulayıram. Sona qədər yaxşı mübarizə apardılar. Soyuq havada stadiona gələn bütün azarkeşlərə təşəkkür edirəm".
- İndidən növbəti mövsümü düşünürsüz?
- Hələ çempionat davam edir. Futbolçular çox istəkli çalışırlar, hər biri əsas heyətə düşmək istəyir. Bəzən rotasiyalar edirik. Vacib olan qarşıdakı oyundur.
- Rəhbərliyiniz altında oynamış futbolçular baş məşqçi kimi sizə rəqib olanda hansı hissləri keçirirsiniz?
- Çox xoşdur. Biz də hansısa məşqçilərin futbolçusu olmuşuq və onlara qarşı oynamışıq. Hər birinə uğurlar arzulayıram. Onları görəndə keçmiş günlər yada düşür, hansısa epizodu yada salırıq. Bütün futbolçular məşqçi olmur. Hamısının uğuruna sevinirəm.
- "Şamaxı" "Səbail"i məğlub etdi - YENİLƏNİB
- Rahid Əmirquliyev: "Yaxın illərdə “Qarabağ”la mübarizə aparan komanda görməyəcəyik"
- Azərbaycan Kuboku: Yarımfinal mərhələsinin ilk oyunlarının vaxtı bəlli olub
- Premyer Liqa: 3 turun proqramı müəyyənləşib
- "Turan Tovuz"dan növbəti transfer həmləsi - EKSKLÜZİV