
Misli Premyer Liqasının XXV turunun "Səbail" - "Şamaxı" matçından (0:2) sonra qonaqların baş məşqçisi Ayxan Abbasovun mətbuat konfransı keçirilib.
"Komandamı və azarkeşlərimizi təbrik edirəm. Səfərdə bizi tək qoymadılar, yaxşı dəstək oldular. Çoxdandır ki, bu xalı, qələbəni haqq edirdik. Önəmli oyun idi. Qışdan sonra "Səbail" bircə "qarabağ"a uduzmuşdular. Çox yaxşı başlamışdılar. Vacib görüş idi. İlk dəqiqələrdə oyunumuz istədiyimiz kimi alınmadı. Ondan sonra futbolçularım toparlandı, tapşırıqları eyrinə yetirməyə çalışdılar, ikinci hissə tam üstünlüyümüz şəraitində keçdi. Daha böyük hesbalı qələbə ola bilərdi. Sona qədər mübarizə gedəcək. Premyer Liqada qalmaq üçün sona qədər biz də mübarizə aparacağıq",
- Bu qələbə gələcək oyunlara komandanı kökləməyə nə dərəcədə təsir edəcək?
- Rəqibimizdən 6 xal irəli getdik. Qışdan sonra pis oyunumuz olmamışdı.Təəssüf ki, uduzurduq. Sadəcə səhvlər edirdik. Futbolçularda konsentrasiya yaxşı idi. Müdafiədə yaxşı oynadıq. Gələcək üçün motivasiyasdır.
- İki fərqli hissə izlədik. Niyə ilk hissədə oyununuz alınmadı?
- "Səbail" yaxşı başlamışdı. Onlar evdə çox yaxşı oynayırlar. Cavid Hüseynov gələndən komanda fərqlənir. Qapımız ağzında təhlükə yox idi.
- Səfər qələbənizi sentyabrın sonunda qazanmışdınız. 8 oyun idi ki, səfərdə qalib gəlmirdiz. B oyunu uduzsaydınız, sonuncu pilləyə yuvarlana bilərdiz. Bu qədər yükün altından necə çıxdız?
- Bunların hamısını hər gün fikirləşirik. Stresli işdir. Bunu fikirləşsək də, komandaya biruzə verməməliyik. Son pilləyə düşə bilərdik. Bu gün sonuncu yerdəki komanda da dəyişə bilər. Fərq 4-6 xala dəyişir. Bunu fikirləşirib, tam da özümüzü stresə salmırıq. Amma onu da düşünürük ki, hər an sonuncu pilləyə düşə bilərik. Bu qələbə bizi daha da irəli apardı.
- Kapitan sarğısı tez-tez dəyişir. Onu nəyə əsasən dəyişirsiz?
- Yeni kapitan lazım idi meydançada. Səbail Bağırov, Arsen Ağcabəyova güvənmişdik. Onlar olmayanda, Leroy Mikelsə vermişdik. O da olmayanda, Rafael Məhərrəmliyə veririk sarğını.
- Leroy Mikels "Sabah"a qarşı oynayacaq?
- Çətin. Ağır zədədir. "Sabah"la yoldaşlıq görüşündə ilk dəfə zədələnmişdi. "Zirə" və "Neftçi" ilə görüşdə ayağında sümük zədəsi yarandı. Müalicə olunur.
- "Şamaxı" "Səbail"i məğlub etdi - YENİLƏNİB
- Rahid Əmirquliyev: "Yaxın illərdə “Qarabağ”la mübarizə aparan komanda görməyəcəyik"
- Azərbaycan Kuboku: Yarımfinal mərhələsinin ilk oyunlarının vaxtı bəlli olub
- Premyer Liqa: 3 turun proqramı müəyyənləşib
- "Turan Tovuz"dan növbəti transfer həmləsi - EKSKLÜZİV