"Turan Tovuz"un kapitanının durumu bəlli oldu - ÖZƏL
24.04.2025 - 23:04

“Turan Tovuz”un kapitanı Şəhriyar Əliyevin durumuna aydınlıq gəlib.
Apasport.az saytına verilən məlumata görə, o, Türkiyədəki müalicəsini başa vuraraq Azərbaycana qayıdıb.
Müdafiəçi iki həftə İstanbulda müalicə alıb.
Artıq bu gün fitness məşqlərinə başlayan Əliyev bir həftə sonra qaçış çalışmalarına start verəcək. “Turan Tovuz”un kapitanı hər şey qaydasında gedərsə, son turlarda komandasına kömək edə biləcək.
Qeyd edək ki, onun klubla müqaviləsi mövsümün sonuna qədərdir.
0
0