“Turan Tovuz” transfer çalışmalarını davam etdirir.
Apasport.az saytına verilən məlumata görə, Tovuz klubunun maraq dairəsində olan futbolçulardan biri də “Şerif”in futbolçusu Ayyub Allaşdır.
Belə ki, “Turan Tovuz” yayda Allaş üçün hərəkətə keçmək istəyir. Kurban Berdıyevin sərəncamında görmək istədiyi Allaş üçün mövsümün sonunda Moldova təmsilçisinə təklif göndəriləcək. Futbolçunun daha əvvəl ölkəmizdə oynaması və Premyer Liqaya nabələd olmaması da tovuzluları bu transferə daha çox yaxınlaşdırır.
Ötən mövsüm “Qəbələ”nin formasını geyinən 26 yaşlı mərakeşli futbolçunun Tiraspol təmsilçisi ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
O, bu mövsüm hazırkı komandasıyla 11 oyuna 4 qol vurub, 2 asist edib.
“Qəbələ”dən qabaq isə Ayyub “Liers”, “Kanzas-Siti”, “Virton” komandalarında çıxış edib.
Qeyd edək ki, Ayyub Allaşı yayda “Zirə” transfer etmək istəsə də, o, “Şerif”ə keçməyə razılıq vermişdi.
“Turan”dan Allaş bombası: Tanış mərakeşli Tovuza doğru
13.01.2025 - 16:30
2
0