Türkiyə nəhənglərindən Zəfər Günü paylaşımı - FOTO
08.11.2025 - 19:56
Türkiyə nəhənglərindən Zəfər Günü paylaşımı - FOTO

Türkiyənin nəhəng klubları Azərbaycanı 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik ediblər. 

Apasport.az xəbər verir ki, “Fənərbaxça”, “Qalatasaray” və “Beşiktaş” bu barədə sosial şəbəkə hesablarında paylaşım ediblər.

Türkiyənin aparıcı klublarının bu paylaşımları sosial mediada böyük rəğbətlə qarşılanıb və iki ölkə arasındakı dostluq və qardaşlıq münasibətlərinin növbəti nümunəsi kimi dəyərləndirilib.