Türklər Renat Dadaşovdan razı deyil: "Neftçi" variantı
03.01.2025 - 16:47
Azərbaycan millisinin hücumçusu Renat Dadaşov yeni sezondan özünə yeni komanda axtarmaq məcburiyyətində qala bilər.
Apasport.az saytına verilən məlumata görə, "Ankaragücü" Dadaşovun performansından razı deyil.
Belə ki, millimizin forvardı Türkiyə klubunun gözləntilərini qarşılaya bilmir. Ona görə də, 25 yaşlı hücumçunun yayda icarəyə verilməsi gözlənilir. Dadaşovun paytaxt klubu ilə müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir.
Qeyd edək ki, "Qarabağ" və "Neftçi" Renatla maraqlanır.
0
3