Almaniya Kuboku: “Bavariya” çempion
24.05.2026 - 01:39
Almaniya Kuboku: “Bavariya” çempion

Almaniya Kubokunun sahibi bəlli olub.

Apasport.az xəbər verir ki, həlledici matçda "Bavariya" və "Ştuttqart" komandaları üz-üzə gəliblər.

Görüş Bavyera təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Münhen klubu tarixində 21-ci dəfə bu titulun sahibi olub.