UEFA-dan Kamal Umudluya növbəti təyinat
16.11.2025 - 15:15
UEFA-dan Kamal Umudluya növbəti təyinat

FIFA referisi Kamal Umudlu növbəti təyinat alıb.

Apasport.az xəbər verir ki, Umudlu Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Slovakiya – İngiltərə qarşılaşmasının baş hakimi olacaq. Ona Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər.

Dördüncü hakim funksiyasını Rauf Cabarov yerinə yetirəcək.

Noyabrın 18-də Preşov şəhərində yerləşən “Tatran” stadionunda keçiriləcək D qrupunun görüşü Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.