Vasili Berezutski: “Bizim üçün vacib qələbədir”
09.05.2025 - 21:36

Misli Premyer Liqasının XXXIV turunun "Sabah" - "Şamaxı" matçından (3:1) sonra ev sahiblərinin baş məşqçisi Vasili Berezutskinin mətbuat konfransı keçirilib.
Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssis oyun haqqında düşüncələrini bildirib:
"Bizim üçün vacib qələbədir. Bu qalibiyyət komandanı emosional cəhətdən daha da inkişaf etdirəcək. Bu gün pis oynamadıq. Sadəcə olaraq buraxdığımız qolda taktiki səhvə yol verdik. Ümumi götürsək, oyundan məmnunam"
0
0