Misli Premyer Liqasının XVI turunun "Sumqayıt" - "Sabah" matçından (1:3) sonra ev sahiblərinin məşqçisi Veliçko Kaplanoviçin mətbuat konfransı keçirilib.
Apasport.az xəbər verir ki, mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:
“Sabah”ı təbrik edirəm. Layiqli qələbə qazandılar. Səhvlərimizi bağışlamadılar. İkinci hissədə yaxşı oynamağa çalışdıq. “Sabah” kimi komandalara 90 dəqiqə yüksək keyfiyyətdə oynamalısan".
– Səhvlər nə ilə bağlı idi? “Sabah”ın “Qarabağ”ı məğlub etməsi futbolçularda çəkingənlik yaratmışdı?
– Belə düşünmürəm. İlk qolda səhvimiz var idi. İkinci qol gözəl ötürmə sonrası oldu. Buraxdığımız səhvlər var idi. İkinci və üçüncü qollar sadə oldu. Gərək belə qollar buraxmayaydıq.
– Yankoviç gah ehtiyatda olur, gah əsas heyətdə meydana çıxır. Niyə?
– Hələ tam formaya düşə bilməyib. Çalışırıq ki, daha yaxşı olsun.
– Qışda hücumçu almaq gündəmdədirmi?
– Hücumçuya ehtiyacımız var. Amma indi olan budur. Rəhbərliyə istəyimizi çatdırmışıq. Amma qısa zamanda yaxşı hücumçu tapmaq çətindir.
- Kurban Berdıyev: “Son 10 dəqiqəni çıxmaq şərtilə…”
- Dambrauskas: “Məğlubiyyətin məsuliyyətini mən daşıyıram”
- “Sabah” Tovuzdan əliboş qayıdır - YENİLƏNİB
- Bakıda keçirilən FIFA U-15 dünya çempionatının mükafatlandırma mərasimi keçirilib
- İlham Əliyev Bakıda keçirilən FIFA U-15 mundialının finalını izləyib - YENİLƏNİB