Azərbaycanın ilk peşəkar velosiped komandası “Synergy Baku”nun 2014-cü ildə iştirak edəcəyi daha bir beynəlxalq turnir məlum olub. Velosiped idman federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən xəbərə görə, komandamız aprelin 11-13-də Fransada təşkil olunacaq “Circuit Des Ardennes” yürüşündə mübarizə aparacaqlar.
Yarışın təşkilatçıları sayca 40-cı dəfə təşkil olunacaq, Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.2 kateqoriyalı yubiley xarakteri daşıyan yarışında iştirak edəcək 22 komandanın adını açıqlayıb ki, bu siyahıda “Synergy Baku”nun da adı var. Turnirin rəsmi saytında verilən məlumata görə, bu komandalardan 15-i Continental, qalan 7-si isə gənclərdən ibarət (U-23) müxtəlif klub və milli komandalardır.
- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı