Bu gün Bakı-2015 I Avropa Oyunlarının təntənəli açılış mərasimi olacaq. Bakı Olimpiya stadionunda baş tutacaq möhtəşəm tədbirdə komandaların paradı zamanı Azərbaycan bayrağını "Neftçi İdman Klubu"nun idmançısı Elmar Qasımov daşıyacaq.
Bu oyunlarda 79 idmançı ilə təmsil olunacaq "Neftçi İdman Klubu" azarkeşlərinə özünün xüsusi hazırlanmış formalarını təqdim edib. Ayrıca forma ilə təmin olunmuş həmin azarkeşlər klubun yarışlarda mübarizə aparacaq idmançılarını böyük alqış sədaları altında dəstəkləyəcək və qələbəyə ruhlandıracaqlar.
İlk Avropa Oyunlarında iştirak edəcək bütün idmançılarımıza uğurlar diləyir və möhtəşəm qələbə qazanaraq xalqımıza sevinc bəxş etmələrini arzu edirik.
Qeyd edək ki, Oyunların rəsmi açılışı saat 20:15-də başlayacaq.
- "Bakı–Xankəndi" veloyarışına bu gün yekun vurulacaq
- Üzgüçülük üzrə Dünya Kubokunun Bakı mərhələsi ilə bağlı müzakirələr aparılıb
- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib