[b]“Qəbələ” döyüşçüsünün Rusiya zəfəri[/b]
30.07.2017 - 01:00
Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Nəriman Abbasov növbəti döyüşünü keçirib. Apasport.az saytının məlumatına görə, idmançımız Rusiyanın paytaxtı Moskvada təşkil olunan MMA üzrə “Fight Night Global 71” turnirində qüvvəsini sınayıb.
Yüngül çəki dərəcəsində (70,3 kq) çıxış edən Abbasov Rusiya təmsilçisi Dmitri Qorobetslə qarşılaşıb. Üç raund davam edən döyüş boyu üstünlüyə sahib olan Nəriman hakimlərin yekdil qərarı ilə qalib gəlib.
Bu, idmançımızın 20-ci döyüşdə 17-ci qələbəsi olub.
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələnin qalibləri mükafatlandırılıb
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələ başa çatdı
- Bakı-Xankəndi velosiped yarışında 2-ci mərhələyə start verilib - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: İlk mərhələ başa çatdı
- Heydər Əliyev zirvəsinə ənənəvi yürüş təşkil olunub
0
0