[b]Avropa çempionatı üçün heyət dəqiqləşdi[/b]
14.12.2016 - 14:39
Dekabrın 17-də Estoniyanın paytaxtı Tallində şahmatın blits növü üzrə şəxsi Avropa çempionatı start götürəcək. Apasport.az saytının məlumatına görə, yarışda ölkəmiz 4 idmançı ilə təmsil olunacaq.
Belə ki, Estoniyada qalib adı uğrunda Teymur Rəcəbov (2800), Rauf Məmmədov (2770), Arkadi Naydiç (2647) və Elmar Qasımov (2079) mübarizə aparacaqlar.
28 ölkədən 519 şahmatçının qatılacağı çempionatın reytinq-favoriti Rəcəbovdu.
Qeyd edək ki, yarışın son qalibi Rauf Məmmədovdu.
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
- Sahib Ələkbərov: "Əsas məqsədimiz velosiped idman növünü inkişaf etdirməkdir"
0
0