[b]Avropa çempionumuz açıq dərs keçəcək[/b]
21.06.2017 - 15:18
Azərbaycan millisinin sabiq taekvondoçusu İlkin Şahbazov açıq dərs keçəcək. Apasport.az saytının məlumatına görə, Avropa çempionatının qızıl, gümüş və bürünc medalçısı taekvondosevərləri Heydər Əliyev Mərkəzinin parkında bir araya gətirəcək.
Açıq dərs iyunun 25-də saat 10:00-a planlaşdırılır. 14 dəfə Azərbaycan çempionatının, 25 dəfə beynəlxalq turnirlərin qalibi olan Şahbazovun dərsində iştirak sərbəst olacaq.
Dərsə 5-16 yaşlı idmançılar taekvondo formasında (dobok) qoşula bilərlər.
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələnin qalibləri mükafatlandırılıb
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələ başa çatdı
- Bakı-Xankəndi velosiped yarışında 2-ci mərhələyə start verilib - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: İlk mərhələ başa çatdı
- Heydər Əliyev zirvəsinə ənənəvi yürüş təşkil olunub
0
0