[b]Azərbaycan çempionatı başladı[/b]
22.12.2016 - 15:54
Bu gün Bakı İdman Sarayında kişilər və qadınlar arasında cüdo üzrə Azərbaycan çempionatına start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda 48 klubdan 366 cüdoçu (315 kişi, 51 qadın) qüvvəsini sınayır.
Çempionatda ölkəmizin ən güclü kişi və qadın cüdoçuları da mübarizə aparır. İki gün baş tutacaq respublika çempionatının qalibləri milli komandamızın növbəti təlim-məşq toplanışına dəvət olunacaq.
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
- Sahib Ələkbərov: "Əsas məqsədimiz velosiped idman növünü inkişaf etdirməkdir"
0
0