[b]Azərbaycan yığması heyətini açıqladı[/b]
22.05.2015 - 09:08
Sabah Mərakeşin paytaxtı Rabatda cüdo üzrə “World Masters” turniri keçiriləcək. Apasport.az saytının məlumatına görə, 2 gün davam edəcək yarışa Azərbaycan millisi də qatılacaq.
Komandamızın baş məşqçisi Hacıağa Hacıəhmədov turnirdə 6 idmançıya şans verməyi qərara alıb. O, Avropa Oyunları öncəsi Orxan Səfərov, İlqar Müşkiyev (hər ikisi 60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov (73 kq), Elmar Qasımov və Elxan Məmmədovu (hər ikisi 100 kq) sınayacaq.
Yarışa ümumilikdə 50 ölkədən 225 (114 kişi, 111 qadın) cüdoçu qatılacaq.
- "Bakı–Xankəndi" veloyarışına bu gün yekun vurulacaq
- Üzgüçülük üzrə Dünya Kubokunun Bakı mərhələsi ilə bağlı müzakirələr aparılıb
- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
0
0