Bakıda cüdo hakimləri və məşqçiləri üçün seminar öz işinə başlayıb. Apasport.az saytının məlumatına görə, seminarda Beynəlxalq Cüdo Federasiyasının (İJF) prezidenti Marius Vizer və Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev də iştirak edir.
Onların qısa nitqindən sonra seminar start götürüb. Heydər Əliyev adına İdman Sarayında keçirilən tədbirə 100-dən çox ölkədən 400-ə yaxın qonaq qatılıb. İki gün davam edəcək seminarda İJF-nin bütün komitə rəhbərləri, qitə federasiyalarının rəsmiləri də yer alır.
Məqsəd hakimlik və yarış qaydalarında olan yeniliklərin həm nəzəri, həm də praktiki olaraq iştirakçıların diqqətinə çatdırmaqdı.
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
- Sahib Ələkbərov: "Əsas məqsədimiz velosiped idman növünü inkişaf etdirməkdir"
- Azərbaycan qadın atıcıları Avropa Çempionatında bürünc medal qazandı