Almaniyanın Magdeburg şəhərində “Azərbaycan Mədəniyyəti” Cəmiyyətinin və uzun illərdi bu ölkədə fəaliyyət göstərən “Heydər Əliyev adına Dünya Boks Komitəsi”in təşkilatçılığı, Avropa Azərbaycanlıları Konqresinin (AAK) və “Qəbələ” İdman Klubunun dəstəyi ilə iyunun 2-də Bakıda peşəkar boks yarışması keçiriləcək. Cəmiyyət sədri, AAK vitse-prezidenti Yaşar Niftəliyev apasport.az saytına bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan yarışa bir sıra Avropa ölkələrindən 15-dən çox idmançı qatılacaq. İdmançılar IBO-WBC dünya, WBCA continental kəmərləri uğrunda Bakı Sərhədçi İdman Kompleksində görüşəcəklər.
- Sahib Ələkbərov: “Bakı–Xankəndi veloyarışı yeni reallıqların göstəricisidir”
- Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı starta hazırdır
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək