[b]Çempion pəhləvanımız medalını prezidentdən aldı[/b]
20.05.2017 - 18:54
IV İslam Həmrəyliyi Oyunlarında sərbəst güləş yığmamıza növbəti qızıl medalı Hacı Əliyev qazandırıb. Apasport.az saytının məlumatına görə, 61 kq çəkidə mübarizə aparan pəhləvanımız bütün rəqiblərini üstələyib.
Həlledici görüşdə qırğızıstanlı Alibek Osmonov ilə qarşılaşan Hacı 10:0 hesablı erkən qələbə qazanıb.
Fəxri kürsünün ən yüksək pilləsinə qalxan pəhləvanımıza qızıl medalı Azərbaycan prezidenti İlham Əliyev təqdim edib.
Daha sonra dövlət himnimizin sədaları altında bayrağımız dalğalanıb.
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələnin qalibləri mükafatlandırılıb
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələ başa çatdı
- Bakı-Xankəndi velosiped yarışında 2-ci mərhələyə start verilib - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: İlk mərhələ başa çatdı
- Heydər Əliyev zirvəsinə ənənəvi yürüş təşkil olunub
0
0