Amerika Birləşmiş Ştatlarında veteran cüdoçular arasında keçirilən dünya çempionatının ikinci günü də Azərbaycan millisi üçün uğurlu olub. Azərbaycan Cüdo Federasiyasından apasport.az saytına verilən məlumata görə, M-1 kateqoriyası üzrə 100 kq çəkidə mübarizə aparan Zaur Paşayev bütün rəqiblərinə qalib gələrək dünya çempionu olub.
Veteran cüdoçumuz həlledici görüşdə Fransa idmançısı Aleksandre Ması məğlub edərək qızıl medal qazanıb.
Bu kateqoriyada bürünc medallara ABŞ cüdoçusu Xaliffa Oliveyra və əlcəzairlli Əhməd Kebailli sahib olublar.
Qeyd edək ki, veteran cüdoçuların dünya çempionatına noyabrın 21-də yekun vurulacaq.
- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı