[b]Cüdoçumuz dünya çempionu oldu[/b]
19.11.2016 - 11:36
ABŞ-da veteran cüdoçular arasında dünya çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, yarışların ilk günü Azərbaycan millisi üçün uğurlu alınıb.
M-6 kateqoriyası üzrə 90 kq çəkidə mübarizə aparan Fərhad Rəcəbli bütün rəqiblərinə qalib gələrək dünya çempionu olub. Veteran cüdoçumuz qızıl medal uğrunda görüşdə rusiyalı Vladimir Markelovu məğlub edib. Bu kateqoriyada yarışan daha bir cüdoçumuz Arif Qasımov (100 kq) 5-ci yeri tutub.
Qeyd edək ki, dünya çempionatında 55 ölkədən 966 veteran cüdoçu mübarizə aparır.
- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
0
0