Azərbaycan idmanında növbəti dopinq qalmaqalı yaşanıb. Apasport.az saytının məlumatına görə, bu dəfə milliləşdirilən güləşçi Zubair Dibirovun qanında istifadəsi qadağan olunan dərman preparatı aşkarlanıb.
Yunan-Roma güləşi üzrə gənclər arasında keçirilən dünya çempionatındakı testi müsbət nəticə verib. Fransanın Makon şəhərindəki yarış zamanı onun orqanizmində stanozolol metabolites maddəsi aşkarlanıb. Bu səbəbdən də 74 kq çəki dərəcəsində qüvvəsini sınayan Dibirov Dünya Güləş Birliyinin qərarı ilə 4 il müddətinə cəzalanıb. Diskvalifikasiya 2016-cı il oktyabrın 5-dən qüvvəyə minib. O, 2020-ci ilin oktyabrın 4-ə kimi heç bir yarışda çıxış edə bilməyəcək.
Bundan bir qədər öncə digər güləşçimiz Vitali Rəhimovdan Pekin-2008-də götürülən analiz müsbət nəticə vermişdi və təmsilçimiz Olimpiya “gümüş”ündən məhrum edilmişdi.
Qeyd edək ki, Dibirov dünya birinciliyində 1/4 finalda mübarizəni dayandırmışdı.
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
- Sahib Ələkbərov: "Əsas məqsədimiz velosiped idman növünü inkişaf etdirməkdir"