Bakıda idman zalına kütləvi basqın olub. APA-nın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu ərazisində yerləşən idman zallarından birində baş verib.
Dəyənək, balta, “beşbarmaq” və s. soyuq silahlarla silahlanmış bir qrup şəxs məşq zamanı zala hücum edib, məşq keçən idmançılara xəsarət yetirib.
İlkin məlumata görə, insidentə məşqçilər – MMA üzrə dünya çempionu Əli Nəcəfi və Ziyadxan Sədiyev arasında mübahisə səbəb olub. Hadisə nəticəsində Əli Nəcəfi də daxil olmaqla 5 nəfər xəsarət alıb.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırmalara başlanılıb. Ziyadxan Sədiyev və onunla basqında iştirak etmiş daha bir neçə nəfər saxlanılıb.
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
- Sahib Ələkbərov: "Əsas məqsədimiz velosiped idman növünü inkişaf etdirməkdir"
- Azərbaycan qadın atıcıları Avropa Çempionatında bürünc medal qazandı
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələnin qalibləri mükafatlandırılıb