Bu gün “Qəbələ” klubunun prezidenti Tale Heydərov peşəkar boks üzrə dünya çempionu Fariz Məmmədovla görüşüb. Apasport.az saytının məlumatına görə, bu barədə Fariz Məmmədov öz instagram səhifəsində yazıb.
Çempionumuz görüş zamanı dünya çempionu kəmərini Tale Heydərova hədiyyə edib.
Fariz Məmmədov görüşlə bağlı təəssüratlarını bölüşüb: “Son illər əldə etdiyim bütün uğurlara görə başda Tale Heydərov olmaqla “Qəbələ” İdman Klubuna borcluyam. Azərbaycanın peşəkar boksda ilk dünya çempionu olmağımda onların rolu böyükdür. Ona görə də Tale Heydərovdan xahiş etdim ki, kəmərimi qəbul etsin. Əvvəl qəbul etmək istəmədi. Ancaq israrla xahiş etdikdən sonra kəməri qəbul edib, otağının ən gözəl yerlərindən birinə qoydu”.
- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı