Cənubi Koreyada atıcılıq üzrə Dünya Kuboku başa çatıb. Apasport.az saytının məlumatına görə, yarış Azərbaycan millisinin fiaskosu ilə yadda qalıb.
Belə ki, güllə atıcımız Ruslan Lunyovun uğursuz çıxışının ardından stend atıcılarımız da Dünya Kubokunda nəinki medal, heç final mərhələsinə yüksələ bilməyiblər.
Skit növündə mübarizə aparan Nurlana Cəfərova 20-ci, Regina Meftahətdinova 34-cü yeri tutub. Eyni növdə kişilərin mübarizəsində Emin Cəfərov 39-cu, Niyaz Ağazadə 64-cü, Fuad Qurbanov 76-cı pillədə qərarlaşıb.
Trap növündə Əli Hüseynli 60-cı olduğu halda, Aydan Camalova 49-cu yeri tutub. Bu idmançılar qarışıq cütlərin yarışında isə 31-ci olmağı bacarıblar.
- Bakı-Xankəndi Velosiped Yarışının mükafat fondu bəlli oldu
- Sahib Ələkbərov: “Bakı–Xankəndi veloyarışı yeni reallıqların göstəricisidir”
- Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı starta hazırdır
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq