Portuqaliyanın Portimao şəhərində bədii gimnastika üzrə “Challenge” seriyasına aid Dünya Kubokunda keçirilib. Azərbaycan Gimnastika Federasiyasından apasport.az saytına verilən məlumata görə, qrup hərəkətləri komandamız 3 dəfə fəxri kürsüyə yüksəlib.
Bütün mümkün finallarda medal qazanan qızlarımız – Siyana Vasileva, Aliyə Paşayeva, Diana Doman, Ayşən Bayramova və Zeynəb Hümmətova ilk olaraq çoxnövçülükdə fərqlənərək, iki kompozisiyanın nəticəsinə əsasən bürünc medal əldə ediblər. Uğurlu çıxışları sayəsində komandamız hər iki hərəkət üzrə ayrı-ayrı finallara da vəsiqəni təmin ediblər.
Turnirin son günü final çıxışlarını icra etmək üçün xalça üzərinə çıxan gimnastlarımız medal dəstini tamamlamağa müvəffəq olublar. Komandamızın halqalarla nümayiş etdirdikləri kompozisiya gümüş medalla mükafatlandırılıb.
Növbəti - top və iplərlə final proqramını isə tam qüsursuz icra edərək, rəqiblərinə şans buraxmayan bədii gimnastlarımız Dünya Kubokunun qızıl medalına yiyələnməklə, Azərbaycan himnini Portimao arenasında səsləndiriblər.
- Sahib Ələkbərov: “Bakı–Xankəndi veloyarışı yeni reallıqların göstəricisidir”
- Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı starta hazırdır
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək